Azərbaycan Respublikası Milli Məclisi sədr müavini Adil Əliyev mərkəzimizin qonağı oldu

Bügün tarixi qələbəmizin qəhrəmanlarından olan, xəstəxanamızda müalicələri davam edən üç qazimizin doğum günləri münasibəti ilə mərkəzimizin rəhbərliyi və kollektivi bir araya gəldi. Tədbirdə mərkəzimizin qonağı Azərbaycan Respublikası Milli Məclisi sədr müavini, Kikboksinq Federasiyasının rəhbəri Adil Əliyev iştirak etdi. Mərkəzimizin icraçı direktoru Asiman Həsənov tədbir nitqində Azərbaycanın qələbə sonrası güclənməsindən fəxrlə bəhs etdi. Daha sonra o, qonağımızın gənclərə göstərdiyi qayğıdan və digər sahələrdəki fəaliyyətlərindən danışdı. Adil Əliyev Azərbaycanın tarixi zəfəri və ordumuzun göstərdiyi qəhrəmanlıq və fədakarlıqlarınan bəhs etdi. Tədbir sonunda qonağımız əsgərlərə hədiyyə paylarını təqdim etdi, onların və ailələrinin ehtiyacları ilə maraqlandı və daim onları diqqətdə saxlayacağına söz verdi.

Diqər xəbərlər